FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində bəzi ərazilərdə hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, bəzi çaylarda sululuğun artacağı, sel və daşqın keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
Milli.Az-ın xəbərinə görə, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.
İntensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır:
"Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın son günü şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Ayın 29-da yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağış, sel və şimşək...
-
Ayın 28-də yağış qara keçəcək, dolu düşəcək - PROQNOZ
-
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
XƏBƏR LENTİ
-
Bakıda yeni xəstəxana tikiləcək
-
“Qorxuram ki, uşağın başına kərpic düşər” - VİDEO
-
Azərbaycanlı şoumen evlənir - FOTO
-
Üzüm yarpağı quru halda bankaya necə qoyulur?
-
Xalq artisti ağladı: “Səhər durub görəcəyəm ki, qızım…” - VİDEO
-
Binalar çökmə riski ilə üz-üzə: Şəhərlərin altındakı gizli təhlükə
-
Putinlə Tramp arasında telefon danışığı olub
-
"Atletiko Madrid" - "Arsenal" oyunu təxirə salına bilər
-
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Mavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
-
Sobada kartofa hansı ədviyyatlar yaraşır?
-
Azərbaycan elminə ağır itki - FOTO
-
"Teşkilat"la bağlı dəyişiklik
-
ABŞ-nin İrana qarşı hərbi əməliyyata çəkdiyi xərc açıqlandı
-
55 yaşlı məşhur ana olacaq
-
Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
-
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib - FOTO
-
Dumana görə görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq





