“Qorxuram ki, uşağın başına kərpic düşər” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xətai rayonunda yerləşən 90 uşağın əmanət edildiyi Elman Məmmədov adına körpələr evi - uşaq bağçasının təxminən 1 ay əvvəl yağan intensiv yağışlardan sonra pis vəziyyətə düşdüyü iddia edilir.
Milli.Az xəbər verir ki, bu barədə valideynlər bildirib.
"Mən uşağımı bu gün bağçaya gətirə bilməmişəm çünki təhlükəlidir. Qorxuram ki, nəsə uçub uşağın başına düşər", - deyə valideynlərdən biri qeyd edib.
Bağçanın işçiləri də binanın vəziyyətindən narahatdırlar:
"Yağan yağışlardan sonra bağçamız qəzalı vəziyyətə düşüb. Mətbəxdə çatlar var, təhlükəlidir. Qorxuruq ki, nəsə ola bilər. Ağaclar aşıb, elektrik naqilləri qırılıb, belə də qalıb".
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın vəziyyətindən xəbərdardılar:
"Dəfələrlə əraziyə baxış keçirilib, İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara məlumat verilib, su kanal idarəsinin əməkdaşları da suların çəkilməsi üçün əraziyə cəlb edilib".
Aşan ağaclarla bağlı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən uşaq bağçasından müraciət daxil olmayıb, müraciət olunduqda ağaclara yerində baxış keçirilərək müvafiq qərar qəbul ediləcək.
Şəhər Təhsil İdarəsindən isə qeyd olunub ki, Xətai rayonu Elman Məmmədov adına uşaq bağçası 1935-ci ildə istifadəyə verilib.
"Uzunmüddətli istismar nəticəsində bağçanın binası köhnəlib və əsaslı təmirə ehtiyac yaranıb. Dövlət Proqramı çərçivəsində sözügedən məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirinin nəzərə alınması üçün zəruri tədbirlər görülür", - deyə qeyd edilib.
Daha ətraflı "Xəzər TV"nin süjetində:
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kəsib zibilə atırdıq: Avropada qızıldan baha satılan "Yaşıl Qızıl" - FOTO
-
"Qərarımı vermişəm, onun kimi görünməyəcəyəm"
-
Günün qoroskopu: Sevgidə qarşılıqlı anlayış ön plandadır
-
Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO
-
"Məni ad gününə çağırmadılar"
-
Bakıda yeni xəstəxana tikiləcək
-
“Qorxuram ki, uşağın başına kərpic düşər” - VİDEO
-
Azərbaycanlı şoumen evlənir - FOTO
-
Üzüm yarpağı quru halda bankaya necə qoyulur?
-
Xalq artisti ağladı: “Səhər durub görəcəyəm ki, qızım…” - VİDEO
-
Binalar çökmə riski ilə üz-üzə: Şəhərlərin altındakı gizli təhlükə
-
Putinlə Tramp arasında telefon danışığı olub
-
"Atletiko Madrid" - "Arsenal" oyunu təxirə salına bilər
-
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Mavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
-
Sobada kartofa hansı ədviyyatlar yaraşır?
-
Azərbaycan elminə ağır itki - FOTO
-
"Teşkilat"la bağlı dəyişiklik
-
ABŞ-nin İrana qarşı hərbi əməliyyata çəkdiyi xərc açıqlandı





