Hava

Bakıda 34° isti olacaq

19 İyul 2023 12:41
Baxış: 1 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi dağlıq rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti , dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.