Video

Sürücülər tibb çantasından niyə imtina edirlər? - VİDEO

12 Yanvar 2013 18:34
0 Şərh     Baxış: 1 430
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, mütəxəssislər hesab edirlər ki, belə xoşagəlməz halların 20-30 faizi ilk tibbi yardımın düzgün göstərilməməsi səbəbindən olur.

Avtomaşınlarda tibb çantası olmadığından zərərçəkmiş şəxslərə anında yardım göstərmək mümkünsüzləşir. Keçirdiyimiz sorğu zamanı əksər sürücülərin avtomobillərində tibb çantası olsa da, bəzilərinin nəinki çantası, bu haqda məlumatları belə yox idi.

Bəs sürücülər tibb çantasından istifadə etmirlərsə, bu, qanunla necə tənzimlənir? Tovuz Rayon Polis Şöbəsinin baş avtomobil müfəttişi Ədalət Hüseynov tibb çantaları ilə bağlı m mütəmadi olaraq rayonda reydlər keçirildiyini bildirdi.

Bəzi sürücülərin xəbəri olmadığı, bəzilərinin isə avtomobildə lazımsız saydığı tibb çantaları apteklərdə satılır. Bu ilkin yardım vasitəsinin içərisində 30-32 adda dərman preparatı olur ki, o da ayda bir dəfə dəyişdirilməlidir. Unutmayaq ki, ilk baxışda sadə görünən bu qutu hansısa bir anda insan həyatını xilas edə bilər. Buna isə hər kəs, hər zaman hazır olmalıdır. Odur ki, ölçücə böyük olmayan tibb çantalarının bütün avtomobillərdə olması labüddür.

Milli.Az





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.