Türkiyə

Krımı Rusiya ərazisi kimi tanımalıyıq - Perinçək

30 Sentyabr 2021 11:54
0 Şərh     Baxış: 1 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə ABŞ-İsrail təhdidlərinə qarşı həm təhlükəsizliyi, həm də iqtisadi inkişafı üçün Rusiya, Suriya, İraq, İran və Azərbaycanla hər sahədə əməkdaşlıq etməlidir. Bu strateji imperativdə Rusiya əsas rol oynayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.

"Şimali Kiprin tanınması ilə əlaqədar Rusiyanın atacağı addımların kilidini açmaq vacibdir və bunun üçün Qara dənizdə Türkiyə-Rusiya dostluğunu gücləndirəcək addımlar atmaq məsuliyyəti ilə üz-üzəyik.

Krımın bu gün Rusiya ərazisi kimi tanınması həm Türkiyənin təhlükəsizliyini gücləndirir, həm də Krım türklərimizin iradə və maraqlarının tələbidir. Qara dənizdə Ukraynanı ABŞ-ın nəzarətindən azad etmək yalnız bu konteksdə həyata keçiriləcək.

Türkiyə və Rusiyanın iştirakı ilə Suriyanın ərazi bütövlüyü də təmin edilə bilər. Suriya dövlətinin yeganə nümayəndəsi Bəşər Əsəd rəhbərliyidir. Bəşər Əsəd əleyhinə bəzi müxalif görünüşlü separatçı təşkilatları dəstəkləməyin bədəli çox ağırdır", - Perinçək qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.