Türkiyə

Bayram neçə gün olacaq, hansı məhdudiyyətlər nəzərdə tutulub? - Diqqət hökumətin iclasına

12 İyul 2021 11:24
0 Şərh     Baxış: 2 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə kökumətin kritik toplantısı gözlənilir.

Milli.Az haberturk-ə istinadən xəbər verir ki, iclasda koronavirus peyvəndi və Qurban Bayramı tətili müzakirə ediləcək. Nazirlər Kabinetinin iclasında, xüsusilə Qurban Bayramı tətilində yeni növ koronavirus (Covid-19) peyvənd proqramı və ölkənin gündəmindəki məsələlərin müzakirəsi gözlənilir.

Səhiyyə naziri Fahrettin Kocanın bir təqdimat etməsi gözlənilən yığıncaqda, ölkə daxilində peyvənd proqramında əldə edilən nöqtə, Covid-19 məlumatları və yerli peyvənd işləri qiymətləndiriləcək. Qurban Bayramı tətili və turizm mövsümü ilə əlaqədar qiymətləndirmələrin edilməsi gözlənilən görüşdə, iqtisadiyyatdakı inkişaflar, təhlükəsizlik və xarici siyasət mövzuları da müzakirə ediləcək. Prezident Ərdoğanın görüşdən sonra xalqa müraciətində bayram tətilinin müddətini açıqlaması gözlənilir.

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.