Türkiyə

Albaniya da Türkiyə PUA-ları alır

2 İyul 2021 09:44
0 Şərh     Baxış: 926
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Albaniya parlamenti Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını (PUA) almaq üçün ölkənin Müdafiə Nazirliyinin büdcəsinə əlavə səkkiz milyon avro vəsait ayrılmasını təsdiqləyib.

Milli.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, Albaniyanın Türkiyədən PUA alması barədə razılaşma bu ölkənin baş naziri Edi Ramanın ötən ay Ankaraya səfəri zamanı əldə olunub.

"Albaniya hökuməti Türkiyə PUA-ları ilə yolları, sahil zolaqlarını, meşələri, ictimai asayişin mühafizəsini gücləndirmək niyyətindədir", - baş nazir razılaşma barədə danışarkən deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.