Türkiyə

Antalyada meşə yanğını ikinci gündür davam edir - (Video)

29 İyul 2026 15:38
Baxış: 240
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin Antalya vilayətinin Kaş rayonunda baş verən meşə yanğınının söndürülməsi istiqamətində işlər ikinci gündür davam edir.

Milli.Az xəbər verir ki, "Üzümlü" məhəlləsində dünən sübh saatlarında başlayan yanğını nəzarət altına almaq üçün gecə boyu intensiv mübarizə aparılıb.

Dağlıq, sıldırım və qayalıq ərazidə fəaliyyət göstərən yerüstü qruplar çətin şəraitə baxmayaraq yanğının yayılmasının qarşısını almağa çalışırlar.

Yanğının söndürülməsinə 26 yanğınsöndürən maşın, 9 su təchizatı avtomobili, 5 ilk müdaxilə texnikası və 155 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində havadan və qurudan işlər davam etdirilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.