Quduzluğun ilk əlamətləri nələrdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quduzluq vaxtında müalicə olunmadıqda ölümcül nəticələrə səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, xəstəlik üç mərhələdə inkişaf edir.
İlk mərhələdə yüngül hərarət, dişlənən nahiyədə qaşınma və qıcıqlanma müşahidə olunur. Daha sonra xəstədə aqressivlik, depressiya, sudan və işıqdan qorxma kimi əlamətlər yaranır. Son mərhələdə isə iflic inkişaf edir, hərarət 40 dərəcəyə qədər yüksəlir.
A. Qurbanova bildirib ki, klinik əlamətlər başladıqdan sonra müalicə effektiv olmur və vaxtında tibbi yardım göstərilmədiyi halda quduzluq 100 faiz ölümlə nəticələnə bilər.
O vurğulayıb ki, heyvan dişləməsindən dərhal sonra vaksinasiya kursuna başlanılması xəstəliyin qarşısını tam almağa imkan verir.
Nəzərə çatdırıb ki, heyvan tərəfindən təkrar dişlənmə zamanı tətbiq olunacaq vaksinasiya sxemi ilk müalicə kursundan asılıdır.
Onun sözlərinə görə, məlum heyvan tərəfindən dişlənən şəxslərə adətən 3 doza, naməlum və ya müşahidə mümkün olmayan heyvanlar tərəfindən xəsarət alanlara isə 5 doza antirabik vaksin vurulur:
"Yalnız tam vaksinasiya kursunu başa vurmuş şəxslərdə bir il ərzində təkrar dişlənmə zamanı qısaldılmış vaksinasiya sxemi tətbiq edilir".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?
-
XİN-dən Atatürkün anım günü ilə bağlı paylaşım
-
Azərbaycan nefti ucuzlaşdı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Dövlət Opera və Balet Teatrının təqdimatında Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı keçirilib - (Foto)
-
Nisyə mal satanlara yeni tələb qoyulur - Bu gündən
-
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Zəfər Gününü təntənə ilə qeyd edib - (Foto)
-
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
-
Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb – şəhərlə xüsusi bağlılıq - (Foto)
-
Qubada ağır qəza - Ölən və yaralananlar var
-
Haaland “Qızıl oyunçu” oldu
-
Bu həftə ən çox qazanacaq bürclər
-
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər





