Tanınmış model güllələnərək öldürüldü - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiyada 27 yaşlı model və iş qadını Angie Marcela Ramírez Vargas silahlı hücum nəticəsində həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə iyulun 24-də Pitalito şəhərində yerləşən Gran Plaza San Antonio ticarət mərkəzinin yaxınlığında baş verib. İdman zalından çıxaraq "Toyota Land Cruiser Prado" markalı avtomobili ilə hərəkət edən Ramírez Vargas qırmızı işıqda dayandığı zaman motosikletlə yaxınlaşan silahlı şəxslərin hücumuna məruz qalıb.
Yaxın məsafədən açılan atəş nəticəsində yaralanan qadın avtomobili təxminən 100 metr idarə edə bilsə də, daha sonra nəqliyyat vasitəsinə nəzarəti itirib. O, xəstəxanaya çatdırılsa da, aldığı çoxsaylı güllə yaralarından dünyasını dəyişib.
Polis hadisədən dərhal sonra genişmiqyaslı əməliyyata başlayıb. Hücumda istifadə edildiyi ehtimal olunan motosiklet və odlu silah aşkar edilərək götürülüb.
Əməliyyat zamanı 48 yaşlı Hermes Gaviria Cuellar saxlanılıb. İstintaq onun motosikletin sərnişini və atəşi açan şəxs olduğunu ehtimal edir. İkinci şübhəlinin isə çay sahili istiqamətində qaçaraq hadisə yerindən uzaqlaşdığı və hazırda axtarıldığı bildirilib.
Polis hadisənin motivini araşdırır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mustafa Sandalın yeni görünüşü diqqət çəkdi - (Video)
-
Bu yağı qətiyyən almayın - Uyğunsuzluq tapıldı
-
Ronaldo milli karyerasını başa vurdu
-
Türkiyədə sorğu: “Azərbaycanın daxili işlərinə qarışmağa haqqımız yoxdur” - (Video)
-
Bir neçə vitamini eyni vaxtda qəbul etmək olarmı?
-
Biləcəri sakinlərinin nəzərinə: Avtobuslarla bağlı yeni qərar
-
Bu ölkədə kişi qıtlığı yarandı - 7600 manat maaş təkif edirlər
-
Gələn il orta əməkhaqqı bu qədər olacaq
-
Ronaldonun klubundan təqdirəlayiq addım - (Foto)
-
Finlandiyada azərbaycanlı dənizçiyə ağır hökm çıxarıldı
-
İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var
-
“Yeraltı”nın Sultanı sevgilisi ilə görüntüləndi – (Video)
-
Sinan Özen qəzaya düşdü - (Foto)
-
Daha bir tiktoker saxlanıldı
-
Nigar Fərhadın əri yenidən həbs olundu
-
Əli Verdiyevə vəzifə verildi
-
Ərdoğan Zəfər Günü Azərbaycana gələcək
-
Kamran Ağabalayev: “İtin günündəyik” - (Video)
-
Azərbaycanda məzuniyyət qaydası dəyişir
-
Erməni lobbisi ABŞ Konqresində revanşa hazırlaşır
-
Dövlət qərarlarının ikinci imzası: İctimai etimad
-
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
-
Paşinyan Türkiyəyə gedir - COP31-də iştirak edəcək
-
Sürücülər bu gün xüsusilə diqqətli olsun - DYP-dən çağırış





