Türkiyədə beynəlxalq fırıldaqçılıq şəbəkəsinə əməliyyat: Aralarında azərbaycanlılar da var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbulda investisiya və "Forex" adı altında beynəlxalq miqyasda fəaliyyət göstərən fırıldaqçılıq şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyat zamanı aralarında Azərbaycan vətəndaşlarının da olduğu 56 şübhəli saxlanılıb.
İstanbul Baş Prokurorluğunun koordinasiyası və İstanbul Polis İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Şişli rayonunda fəaliyyət göstərən və "Vend Teknoloji" adı altında çağrı mərkəzi kimi təqdim olunan şirkətin əslində Yaponiya və Cənubi Koreya vətəndaşlarını hədəf alan beynəlxalq dələduzluq şəbəkəsinin mərkəzi olduğu müəyyən edilib.
İstintaq zamanı şirkət rəhbərlərinin mobil telefonlarında çoxsaylı istifadəçi hesablarının olduğu, müəssisənin hesablarına gündəlik təxminən 1 milyon ABŞ dolları məbləğində vəsait daxil olduğu və qanunsuz əldə edilən gəlirlərin ölkə daxilində leqallaşdırıldığı aşkarlanıb.
Toplanmış sübutlar əsasında keçirilən əməliyyat zamanı axtarış və müsadirə tədbirləri həyata keçirilib. Nəticədə üçü Azərbaycan, biri Qırğızıstan, biri Özbəkistan, biri Cənubi Koreya və biri Yaponiya vətəndaşı olmaqla ümumilikdə 56 nəfər saxlanılıb.
Şübhəlilər xüsusilə külli miqdarda dələduzluq, Kapital Bazarı Qanununun pozulması, cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratmaq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları üzrə istintaqa cəlb olunublar.
Faktla bağlı araşdırma davam edir.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğanın iştirak etdiyi mərasimdə diqqətçəkən an - (video)
-
Türkiyədə beynəlxalq fırıldaqçılıq şəbəkəsinə əməliyyat: Aralarında azərbaycanlılar da var
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Ərdoğandan "Ahbap" qalmaqalına ilk reaksiya
-
Məşhur aktyorla futbolçu dənizin ortasında yallı getdi - (Video)
-
Türkiyədə tanınmış şəxslərin narkotik nəticələri açıqlandı
XƏBƏR LENTİ
-
Türkiyəli müğənninin "Namus" mahnısına rəqsi müzakirə yaratdı - (Video)
-
Orxan Əsədzadə direktor müavini təyin olundu
-
İsmayıl Əliyev vəfat etdi
-
Abşeronda 3 aylıq körpə öldü
-
“iPhone”u kirayə götürmək mümkün olacaq
-
Ayın 30-u güclü külək əsəcək, 39 dərəcə isti olacaq
-
Bu kubokdan təkcə "Fənərbağça"da var - (Video)
-
Ərdoğanın iştirak etdiyi mərasimdə diqqətçəkən an - (video)
-
Türkiyədə beynəlxalq fırıldaqçılıq şəbəkəsinə əməliyyat: Aralarında azərbaycanlılar da var
-
Elçin Cəlilovun məzarından yayılan görüntülər müzakirələr yaratdı - (Video)
-
Magistraturaya qəbulun nəticələri nə zaman açıqlanacaq?
-
İmişlidə çayda batan gənc belə xilas edildi - (Video)
-
Ət bahalaşdı - (Video)
-
ABŞ-də Milli Kəşfiyyatın direktoru o oldu
-
Masazırda 30 sot torpaq qalmaqalı: Eyni ərazi iki nəfərə satılıb?
-
Mbappedən Zidanın təyinatına ilk reaksiya
-
Təranə Quliyevaya yüksək vəzifə verildi
-
Azərbaycanlı aparıcının anası ilə fotosu maraq yaratdı - (Foto)
-
Bakıda avtobus yük avtomobilinə çırpıldı - (Video)
-
Rusiya Pavel Durovu axtarışa verdi
-
Azərbaycanda avro bahalaşdı, rubl isə ucuzlaşıb
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Trampın vida mərasimindəki davranışları gündəm oldu - (Video)
-
Universitetlərə ixtisas seçiminin vaxtı açıqlandı





