“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi hesabatla çıxış edib - (Video/Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi 2025-ci il və 2026-cı ilin ilk yarısında həyata keçirilən fəaliyyətlərə dair ictimai videohesabat hazırlayıb.
Birliyin Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, videohesabatda ötən dövr ərzində təşkilat tərəfindən mədəniyyət və incəsənətin inkişafı, milli-mədəni irsin qorunması və təbliği, milli-mədəni dəyərlərin yaşadılması, yaradıcı təşəbbüslərin dəstəklənməsi və ictimai-mədəni layihələrin həyata keçirilməsi istiqamətində görülən işlər geniş şəkildə təqdim olunub.
Hesabatda "Milli Musiqi Kimliyimiz", "Sərhədsiz Sənət" və "Aşıq Gecələri" kimi layihə və proqramların, eləcə də gənc vokalçıların konsert proqramının həyata keçirildiyi qeyd olunub. Bununla yanaşı, Gənclər Günü münasibətilə gənc və istedadlı rəssamların yaradıcılıq nümunələrindən ibarət sərgi təşkil olunub. Bu layihələr gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq imkanlarının dəstəklənməsi və cəmiyyətə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Hesabat dövründə Prezident Kitabxanası ilə əməkdaşlıq çərçivəsində elmi və mədəni-maarifləndirici tədbirlər, o cümlədən dəyirmi masa formatında görüşlər də təşkil olunub. Bu təşəbbüslər çərçivəsində Azərbaycan ədəbiyyatı, musiqisi və mədəni irsinin müxtəlif aspektləri müzakirə edilib, elm, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Azərbaycan klassik musiqi irsinin görkəmli nümayəndəsi Qara Qarayevin yaradıcılığına həsr olunmuş xüsusi yaradıcılıq gecəsi keçirilib. Tədbirdə maestro Əyyub Quliyevin rəhbərliyi ilə bəstəkarın adlnı daşıyan Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Qara Qarayevin əsərləri səsləndirilib. Layihə böyük bəstəkarın yaradıcılıq irsinin təbliği və onun musiqisinin yeni nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Hesabat çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığına həsr olunmuş poeziya axşamının da keçirildiyi qeyd olunub. Tədbirdə şairin zəngin ədəbi irsi, poeziyasının milli-mənəvi dəyərlərimizdəki yeri və yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafındakı rolu diqqətə çatdırılıb.
Videohesabatda, həmçinin həyata keçirilən layihələrin mədəni həyatın inkişafına verdiyi töhfələr, yaradıcı insanların və sənət nümayəndələrinin fəaliyyətinin dəstəklənməsi, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin daha geniş auditoriyaya çatdırılması istiqamətində əldə olunan nəticələr öz əksini tapıb.
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi fəaliyyətində Azərbaycanın zəngin mədəni irsinin qorunmasına və təbliğinə, milli-mədəni dəyərlərin yaşadılmasına, müasir yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə və mədəniyyət sahəsində yeni təşəbbüslərin reallaşdırılmasına xüsusi önəm verir.
Qeyd edək ki, Birlik hazırda Azərbaycan və türk dünyasının ortaq milli-mədəni dəyərlərinin təbliğinə xidmət edən "Kərkük Oğuz Gözəli" layihəsi üzərində də çalışır. Layihə çərçivəsində hazırlanan eyniadlı əsərin sözləri akademik Rafael Hüseynova, musiqisi isə Xalq artisti Siyavuş Kərimiyə məxsusdur. Əsərin ifaçısı Əməkdar artist Ramil Qasımovdur.
"Kərkük Oğuz Gözəli" layihəsinin əsas məqsədi Azərbaycan və Kərkük türklərinin zəngin mədəni irsinin, tarixi-mədəni bağlılığının və ortaq milli dəyərlərinin sənət vasitəsilə təbliğ olunması, bu irsin müasir yaradıcılıq nümunəsi ilə daha geniş auditoriyaya çatdırılmasıdır.
Birlikdən bildirilib ki, qarşıdakı dövrdə də mədəniyyət və incəsənət sahəsində yeni layihələrin həyata keçirilməsi, yaradıcı şəxslərin və kollektivlərin dəstəklənməsi, milli-mədəni irsin təbliği, müxtəlif mədəni platformalar arasında əməkdaşlığın genişləndirilməsi və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət davam etdiriləcək.
Hazırlanan videohesabat "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin ötən dövr ərzindəki fəaliyyətinin ictimaiyyətə təqdim edilməsi, görülən işlərin şəffaf şəkildə nümayiş etdirilməsi və gələcək fəaliyyət istiqamətlərinin diqqətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Əməkdar artist oğlunun toyunda müğənnilərə qadağa qoyub
-
Heyvan dişləyəndə ilk nə edilməlidir?
-
Suraxanıda evlərdən 29 min manatlıq oğurluq edən şəxs saxlanılıb - (Video)
-
Quduzluğun ilk əlamətləri nələrdir?
-
“Qarabağ” klubu Bolqarıstana getdi
-
Heyvan dişləməsində ən təhlükəli nahiyələr açıqlandı - Xəbərdarlıq
-
Ceyranbatan–Maştağa su xətti istifadəyə hazırlanır
-
Heyvan dişləməsi nəticəsində bu xəstəliklər yaranır
-
Antalyada meşə yanğını ikinci gündür davam edir - (Video)
-
Son 6 ayda 23 min 293 heyvan dişləməsi qeydə alınıb
-
Azərbaycan Kinematoqrafçılar İttifaqında qalmaqal dərinləşir - "Seçki prosesi dayandırılmalıdır"
-
Sabah 8 qəsəbə və 4 kənddə qaz olmayacaq
-
Azərbaycanlı məşhurların uşaqlıq fotoları
-
Dönərdən zəhərlənmə: AQTA kafenin fəaliyyətini dayandırdı
-
“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyi hesabatla çıxış edib - (Video/Foto)
-
Bakıda sakinlər illərdir bu problemlə üz-üzədir
-
Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - (Foto)
-
Ağdamda yanğın minalanmış əraziyə keçdi - Partlayışlar başlayıb
-
Ayaz Qasımov vəfat etdi
-
Tanınmış model güllələnərək öldürüldü - (Foto)
-
İki avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?
-
Bakıda binanın dəhlizində gənc kişi meyiti tapıldı
-
İsrail ABŞ-nin razılığı olmadan İrana zərbə endirməyəcək





