Türkiyə

Burnunu silib sənəd qovluğuna qoydu - VİDEO

13 Fevral 2026 01:06
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis kameralara əks olunan son dərəcə qəribə və gigiyenik olmayan hərəkəti ilə ölkə gündəmini alt-üst edib. Baş nazirin burnunu sildiyi kağız dəsmalı rəsmi sənədlərin olduğu qovluğun içinə yerləşdirməsi yunan sosial media istifadəçilərini hiddətləndirib.

Milli.Az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanla birgə çıxış zamanı Baş nazirin burnunu sildiyi salfeti masanın üzərindəki rəsmi faylın içərisinə qoyması diqqətdən yayınmayıb.

Görüntülər internetdə yayıldıqdan sonra minlərlə yunan istifadəçi Baş naziri tənqid atəşinə tutub.

Yunanıstanda iqtisadi və sosial problemlərin yaşandığı bir dövrdə Mitsotakisin bu hərəkəti, onun "xalqdan və reallıqdan uzaq" olduğu barədə müzakirələri yenidən alovlandırıb. Bir çoxları bu hərəkəti "kiçik bir detal" hesab etsə də, yunan xalqı üçün bu, etik qaydaların pozulması kimi qəbul edilib.

Xatırladaq ki, səfər çərçivəsində Türkiyə ilə Yunanıstan arasında 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib və tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq müqavilələri imzalanıb.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.