Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı silahlı toqquşma baş verib.
Milli.Az xəbər verir ki, "Elmalık" kəndində aparılan əməliyyat zamanı şübhəlilərin polisə atəş açması nəticəsində 7 polis əməkdaşı yaralanıb.
Məlumata görə, gecə saat 02:00 radələrində başlayan toqquşmalar təxminən 6 saat davam edib. Hadisə yerinə Bursadan xüsusi təyinatlı polis dəstələri cəlb olunub, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Yaralı polis əməkdaşları xəstəxanaya yerləşdirilib, onların həyati təhlükəsinin olmadığı bildirilib. Bir polis əməkdaşının müalicə üçün Bursaya köçürüləcəyi qeyd olunur.
Hadisə ilə əlaqədar olaraq münaqişə zonasına yaxın yerləşən 5 məktəbdə tədris müvəqqəti dayandırılıb.
Fidan
Milli.Az





