Türkiyə

İzmirdə polis bölməsinə hücumla bağlı 9 nəfər saxlanıldı

9 Sentyabr 2025 10:09
Baxış: 563
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin İzmir vilayətinin Balçova rayonunda polis bölməsinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində 9 nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, hücumu törədən 16 yaşlı şəxsin evindən mobil telefonu və kompüteri götürülüb.Onun yaxınları bildirib ki, gəncin son zamanlar davranışında qəribəlik müşahidə ediblər. 

Həmin şəxsin ailəsinin təxminən 30 il əvvəl Kayseridən İzmirə köçdüyü öyrənilib.

Qeyd edək ki, 16 yaşlı yeniyetmə atasının ov tüfəngi ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb. Polis rəisi və zabitlərdən biri həlak olub, daha iki təhlükəsizlik əməkdaşı yaralanıb, birinin vəziyyəti ağırdır. İzmir Baş Prokurorluğu genişmiqyaslı araşdırmalara başlayıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.