Türkiyə

Ərdoğan ABŞ-nin qərarını tənqid edib

2 Sentyabr 2025 20:12
Baxış: 912
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ni sentyabrda BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getmək istəyən Fələstin diplomatlarının vizalarının ləğv edilməsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə lideri Çindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.

"Bu qərar təcili olaraq yenidən nəzərdən keçirilməlidir. BMT Baş Assambleyası dünya problemlərini müzakirə etmək və həll yolları tapmaq üçün mövcuddur", - o, bildirib.
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.