Ayşəni öldürən Cəmil keçmiş həyat yoldaşını da qətlə yetiribmiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbulda yol kənarında meyiti tapılan Ayşə Tokyazın qətli ilə bağlı həbs edilən Cəmil Koç haqqında Diyarbakırda dini nikahla birlikdə yaşadığı keçmiş həyat yoldaşı Ejegül Ovezovanın ölümü ilə bağlı da qəsdən adam öldürmə maddəsi ilə iddianamə tərtib edildiyi məlum olub.
Milli.Az yerli mətbuata itinadən xəbər verir ki, iddianamədə Koçun Ovezovanı 8-ci mərtəbədən ataraq ölümünə səbəb olduğu, qadının dırnaqlarında isə Koçun DNT izlərinin aşkarlandığı qeyd edilib.
Keçmiş həyat yoldaşının ölümü ilə bağlı da cinayət işi açılıb
Cemil Koçun 2023-cü il 24 iyul tarixində Diyarbakırın Bağlar rayonunda 8-ci mərtəbədən yıxılaraq həyatını itirən Ejegül Ovezova ilə bağlı da aparılan istintaq çərçivəsində əsas şübhəli olduğu ortaya çıxıb. Diyarbakır Respublika Prokurorluğu tərəfindən 4 iyul 2025-ci il tarixində hazırlanan iddianamədə hadisənin baş verdiyi mənzildə aparılan araşdırmalarda döşəmədə və mebellərdə qan ləkələrinə rast gəlindiyi, bu qan izlərinin böyük əksəriyyətinin mərhum Ejegül Ovezovaya aid olduğu bildirilib.
Dırnaqlarında Cəmil Koçun DNT-si tapılıb
İddianamədə şübhəli Koçun ifadəsinə də yer verilib. O, hadisə zamanı hamamda olduğunu, bir səs eşidərək salona keçdiyini, orada Ovezovanı görmədiyini, aşağı düşdükdə qadını yerə sərilmiş vəziyyətdə tapdığını və onun intihar etdiyini düşündüyünü bildirib.
Ancaq Məhkəmə -Tibbi Ekspertizanın hesabatında Ovezovanın dırnaqlarından götürülən nümunələrin həm mərhuma, həm də Cemil Koça aid DNT izləri ehtiva etdiyi qeyd olunub. Bu, tərəflər arasında fiziki qarşıdurmanın yaşandığını göstərib. Nəticədə, Koçun qadını pəncərədən itələyərək ölümünə səbəb olduğu və bu səbəbdən ona qarşı "qadına qarşı qəsdən adam öldürmə" maddəsi ilə ağırlaşdırılmış ömürlük həbs tələbi ilə cinayət işi açıldığı vurğulanıb.
Evə aid dəlillər də şübhələri gücləndirib
İddianamədə evin salonunda, paltaryuyan maşının içindəki yorğan üzərində və yataq döşəyinin kənarında tapılan qan izlərinin mərhuma aid olduğu qeyd olunub. Hərçənd ki, qadının bədənində heç bir yara və ya kəsik izi aşkar olunmayıb, bu səbəbdən evdəki qan izləri ilə ölüm arasında birbaşa əlaqə qurulmayıb. Lakin dırnaq altından götürülən DNT nümunələri nəzərə alınaraq Koçun qadını qəsdən öldürdüyünə dair yetərli şübhə formalaşdığı bildirilib. Bu səbəbdən ona qarşı Türkiyə Cəza Qanununun 82/1-f maddəsi üzrə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb olunub.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq





