İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.
Trend xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb.
Baş Prokurorluğun yaydığı bəyanatda bildirilir ki, PKK/KCK terror təşkilatının İstanbul başda olmaqla böyük şəhərlərdə təsirini artırmaq məqsədilə 31 mart 2024-cü il tarixində keçirilən bələdiyyə seçkiləri çərçivəsində "şəhər konsensusu" adlı fəaliyyət həyata keçirilib.
Terror təşkilatının rəhbərlərindən Cemil Bayık və Mustafa Karasu seçkilər öncəsi öz fikirlərini və təlimatlarını təşkilata yaxın media vasitəsilə yayımlayıblar.
Açıqlamada qeyd olunur ki, İstanbul seçkilərində İstanbul meri Əkrəm İmamoğlunun "şəhər konsensusu" prinsipi əsasında terror təşkilatının çətir strukturu olan Xalqların Demokratik Konqresi (HDK) ilə ittifaqa getdiyi barədə dəlillər mövcuddur. Bu çərçivədə, başda İstanbul olmaqla bir çox şəhərdə HDK üzvlərinə qarşı eyni vaxtda əməliyyatlar keçirilib və saxlanılan şəxslər barəsində araşdırmalar davam edir.
Məlumata əsasən, istintaqın gedişində CHP siyahısı ilə seçilmiş bələdiyyə məclisi üzvləri və təyin olunmuş bələdiyyə sədrlərindən bəzilərinin terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib.
İstintaq çərçivəsində toplanan sübutlara əsasən, İstanbul meri Əkrəm İmamoğlu, İstanbul bələdiyyəsinin baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlar İnstitutunun rəhbəri Mehmet Ali Çalışkan, terror təşkilatının ideoloji strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən və hazırda qaçqın olan A.B, onun sahibi olduğu "Spectrum House" şirkətinin əməkdaşı və 2018-ci ildə terror təşkilatının silahlı qüvvələrinə kadr cəlb etməkdə adı hallanan H.A., Şişli Bələdiyyə sədrinin müavini Ebru Özdemirin "şəhər konsensusu" fəaliyyətində əlbir olduqları bildirilir.
xxx
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu "korrupsiya" ittihamı üzrə məhkəmənin verdiyi həbs qərarı əsasında həbsxanaya göndərilib.
Bu barədə APA-nın İstanbul müxbiri xəbər verir.
XXX
Məhkəmə Əkrəm İmamoğlunun ittiham olunduğu ikinci iş- terrorla bağlı istintaq üzrə onun şərti olaraq sərbəst buraxılması barədə qərar qəbul edib.
APA-nın İstanbul müxbirinin xəbərə görə, İstanbul Böyükşəhər Bələdiyyə sədrinin korrupsiya istintaqı üzrə məhkəmə qərarı ilə həbs edilməsi isə qüvvədə qalır.
Buna görə də İmamoğlu həbsdə qalır və hazırda Silivri həbsxanasına aparılması gözlənilir.
--------
11:15
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs olunub.
Milli.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Milli.Az