Türkiyə

Qadınları hamilə olduğuna inandıraraq MİLYONÇU oldu - FOTO

14 Mart 2025 18:56
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Şırnak vilayətində İsmət Besen adlı ginekoloq qadın xəstələrə narkotik tərkibli dərmanlar verərək saxta hamiləlik diaqnozu qoyduğu və sonradan onları abort etdirdiyi ortaya çıxıb.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, polis araşdırması zamanı 12 qadının bu fırıldağın qurbanı olduğu təsdiqlənib.

DNT analizləri göstərib ki, qadınlara təqdim olunan döllər onlara aid deyil.

Bu fırıldağı ortaya çıxarmaq üçün Şırnak, Aydın və İzmirdə geniş əməliyyatlar keçirilib.Əməliyyat nəticəsində fevralın 14-də İsmət Besen və 4 klinika işçisi həbs edilib.

Bu hadisə tibbi fırıldaqlara qarşı ciddi tədbirlərin görülməsinin vacibliyini göstərir. İstintaq davam edir və yeni detalların ortaya çıxması gözlənilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.