Türkiyə

"Onlar üçün yolun sonu göründü"

28 Yanvar 2025 10:00
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İllərdir ölkəmizdə gəncləri aldadaraq və ya zorla sıralarına qoşan terrorçular üçün yolun sonu göründü".

Milli.Az " "Hürriyet"ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclik Qolunun 7-ci Növbəti Qurultayında deyib.

"Qırx ildir ölkəmizin qanını içən terror xəstəliyinə qarşı mübarizəmiz davam edir. Bu ölkənin gənclərini aldadaraq və zorla dağa qaçıran terror baronları üçün yolun sonu göründü. Terrorsuz Türkiyə hədəfimizə addım-addım yaxınlaşırıq. İşıqlı gələcəyimizi birlikdə quracağıq", - deyə Türkiyə lideri bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.