İstanbulda saxta spirtli içkilərdən ölənlərin sayı 38-ə yüksəlib.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.
Bildirilib ki, xəstəxanalara müraciət edən 92 nəfərdən 38-i dünyasını dəyişib.
Qeyd edək ki, daha öncə polis bölmələri İstanbul daxilində apardıqları əməliyyatlarda bu məsələ ilə bağlı 6 nəfəri saxlayıb. Həmin şəxslərdən ikisi məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib. 4 nəfərlə bağlı polis əməliyyatları davam edir.
Bundan əlavə, 29 nəfərin süni tənəffüs aparatına qoşulduğu vurğulanıb.
Milli.Az