Türkiyə

Türkiyədə qarın hündürlüyü 80 sm-ə çatdı, quşlar dondu: "Biz belə qış görməmişdik"

26 Noyabr 2024 17:05
Baxış: 1 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə 2 gün əvvəl yağan qardan sonra Bayburt şəhəri demək olar ki buz bağlayıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdə qarın qalınlığı 80 sm-ə çatıb, hava şəraiti insanlar kimi heyvanlara da təsir edib. Quşlar donub.

Yerli əhali neçə ildir ki, belə qış görmədiklərini bildiriblər.

Vətəndaşlar öz imkanları ilə buzlayan yolları açıblar. 

Qeyd edək ki, bir neçə gündür yağan qar səbəbindən Türkiyənin bir neçə rayonunda məktəblərdə təhsil dayanıb, yolların çox hissəsi iflic vəziyyətindədir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.