İdman

“Son oyunlarda həddindən artıq yanlış qərarlar vermişik” - “Ayntraxt”ın kapitanı

21 Yanvar 2026 01:16
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ayntraxt"ın kapitanı Robin Koç UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunun Bakıda "Qarabağ"la keçiriləcək oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, almaniyalı mərkəz müdafiəçisi onları qarşıda vacib oyunların gözlədiyini deyib:

"Fürsətdən istifadə edərək, komanda adından keçmiş baş məşqçimiz Dino Toppmöllerə birlikdə keçirdiyimiz uğurlu vaxta görə təşəkkür etmək istəyirəm. Meydanda çox əylənirdik və hər zaman yaxşı ab-hava var idi. Mən onunla şəxsən danışmışam, amma bunu burada bir daha vurğulamaq istədim. Futbolda bəzən belə olur, indi bizim üçün əsas olan baxışlarımızı gələcəyə yönəltməkdir. Bizi qarşıda vacib oyunlar gözləyir, mümkün qədər tez dəyişiklik etməli və qələbələr qazanmalıyıq. Son oyunlarda həddindən artıq yanlış qərarlar vermişik. Hamı hər zaman maksimumunu ortaya qoymaq istəyirdi. Gələcəkdə birlikdə çıxış etməli və buraxdığımız qollarla bağlı problemləri nəzarət altına almalıyıq. Azarkeşlərimizin bizim üçün nə qədər önəmli olduğunu hamı bilir. Sabah yanımızda olmasalar da, arxamızda olduqlarını bilirik".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.