Sağlamlıq

Depressiyanın müalicəsində yol verilən təhlükəli səhv

21 Yanvar 2026 03:03
Baxış: 287
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütəxəssislər depressiya ilə mübarizədə ən çox rast gəlinən və ciddi risk yaradan səhvlərdən biri kimi özünü müalicə etməyi göstərirlər. Psixoloqların sözlərinə görə, bir çox insan həkimə müraciət etmədən dərman qəbul edir, dozanı özbaşına dəyişir və ya müalicəni yarımçıq saxlayır.

Milli.Az xəbər verir ki, araşdırmalar göstərir ki, antidepressantların nəzarətsiz istifadəsi vəziyyəti daha da ağırlaşdıra, yan təsirlərə və asılılığa səbəb ola bilər. Digər təhlükəli yanaşma isə depressiyanı "keçici əhval pozğunluğu" kimi qiymətləndirərək peşəkar dəstəyi gecikdirməkdir.

Mütəxəssislər bildirir ki, depressiyanın effektiv müalicəsi üçün psixiatr və ya psixoloq nəzarəti, düzgün diaqnoz və fərdi müalicə planı vacibdir. Vaxtında atılan doğru addımlar həm sağalma prosesini sürətləndirir, həm də ağır fəsadların qarşısını alır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.