“Baharın rəngləri” sərgisinə qəbul elan olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gəncləri təbiətlə daha yaxından təmasa sövq etmək, ilin müxtəlif fəsillərində onun əsrarəngiz gözəlliyini nümayiş etdirmək və ətraf mühitin qorunmasına marağı artırmaq məqsədilə "Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et!" şüarı altında "Baharın rəngləri" adlı yaradıcılıq sərgisinə start verilib.
Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzi tərəfindən təşkil olunur.
Layihəyə dəstək verən qurumlar sırasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Xətai rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yer alır.
Sərgiyə bahar mövzusunda peyzaj əsərləri qəbul edilir. Tövsiyə olunan mövzular arasında baharın yaratdığı əhval-ruhiyyə, ətraf mühitdə yaz mənzərələri, təbiətin oyanışı, xəyali bahar səhnələri, həmçinin flora və fauna motivləri yer alır.
Əsərlərin qəbulu üçün son tarix 7 aprel 2026-cı ildir. Müraciətlər [email protected] elektron ünvanına göndərilməlidir. İştirakçılar təqdim etdikləri əsərin fotosunu, adını, ölçü və texnikasını, təvəllüd tarixini, əlaqə məlumatlarını və ad-soyadlarını qeyd etməlidirlər. Natamam məlumatlarla göndərilən müraciətlər qəbul olunmayacaq.
Sərgidə 8-21 yaş arası iştirakçılar ödənişsiz şəkildə iştirak edə bilərlər. Əsərlərin ölçüsü 30x40 sm-dək olmalıdır. Ümumilikdə seçilən 100 əsər sərgilənəcək, onlardan 30-u isə Xətai Uşaq Sənəti Qalereyası məkanında üç həftə ərzində nümayiş olunacaq.
Təşkilatçılar iştirakçılardan fərdi yanaşma, şəxsi duyğu və düşüncələrin əks olunduğu orijinal əsərlər gözlədiklərini bildirirlər. Sərgidə əsəri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcək.
Əlavə məlumat üçün: 051-310-74-01 (telefon/WhatsApp).
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalidə Gözəl vəfat etdi
-
“İspan simfoniyası” virtuoz skripkaçı Elvin Xoca Qəniyevin ifasında Polşada gur alqışlarla qarşılanıb - (Foto/Video)
-
Milli Dram Teatrında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anım günü keçirilib - (Foto)
-
“QƏLƏBƏ NƏĞMƏSİ” - Gəncədə
-
Ramil Qasımov Ramiz Mustafayevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib - (Foto)
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
XƏBƏR LENTİ
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub
-
Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Yenilənib
-
Rövşən Nəcəf, Arsen Venger və İnfantino "Sabah" - "Qarabağ" oyununu stadiondan izləyiblər - (Video)
-
"Sabah" - "Qarabağ" oyununda qolsuz bərabərlik
-
Deputatın oğlu hakim qardaşına görə başqa məhkəmədə mühakimə olunacaq
-
Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Donald Tramp: "Mənim əmim radarı ixtira edib"
-
Bakıda kafedəki qətldə təqsirləndirilənlər 4 aylıq həbs edildi - Yenilənib
-
Son 48 ildə ilk: İran ABŞ-dən təzminat aldı
-
Rusiyalı reper Mavaşi başından aldığı güllə yarasından öldü
-
Almaniya kəşfiyyatından yeni əməkdaşlar cəlb etmək üçün qeyri-adi üsul
-
Tramp: "Mənə lazımi qiymət verilmir"
-
“Barselona” Diomandedən imtina edib
-
Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...
-
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
-
eputatın oğlu məhkəməyə belə gətirildi - (Video)
-
"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib
-
22 min insanı güllələdilər, Hitlerin üstünə atdılar – SSRİ-nin 1990-ci il NKVD etirafı
-
"İnci taneleri"nin aktyoru səssiz-sədasız evləndi - (Foto)
-
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
-
Azərbaycanlı futbolçu İspaniyada oynayacaq
-
Xalidə Gözəl vəfat etdi
-
Rubio: Rusiya ilə bağlı bu qərar hamıya faydalıdır





