Hadisə

“Hərə evindən bir “şunur” sallayır” - Yanğının detalları - VİDEO

17 Mart 2026 20:34
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib.

Milli.Az-ın məlumatına görə, bina sakinləri hadisə ilə bağlı danışıblar.

Onlar bildiriblər ki, qısa müddətdə bütün mənzillərdən tüstü çıxmağa başlayıb.

"Hərə evindən bir "şunur" sallandırıb maşınını elektrik cərəyanına qoşur. Bilirsiniz ki, bu cərəyanlar onun üçün nəzərdə tutulmayıb. Bütün elektrik xətləri də gücə düşür. Bu da nəticəsidir", - deyə sakinlərdən biri qeyd edib.

Yanğın baş verən binanın aid olduğu Mənzil-tikinti kooperativinin sədri bildirib ki, binada elektriklə bağlı heç bir problem olmayıb.

Daha ətraflı "APA TV"nin süjetində:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.