Araşdırmalar göstərir ki, mətbəxdə tez-tez istifadə olunan duz və digər ədviyyat qablarında Salmonella bakteriyası yaşaya bilər.
Milli.Az xəbər verir ki, Rutgers Universitetinin alimləri müəyyən edib ki, bu qablar nadir hallarda yuyulub dezinfeksiya olunur və bu da bakteriyaların yayılmasına şərait yaradır.
Mütəxəssislərə görə, çiy ətlə təmasdan sonra əllər yuyulmadan duz qabına toxunmaq onu çirkləndirə bilər. Tədqiqat zamanı ədviyyat qablarının təxminən yarısında bakteriya izlərinə rast gəlinib.
Qida zəhərlənməsindən qorunmaq üçün mətbəxdəki səthlərin, doğrama taxtalarının və ədviyyat qablarının mütəmadi olaraq yuyulması və dezinfeksiya edilməsi tövsiyə olunur.
Milli.Az





