Türkiyə

Antalya hava limanında qorxu dolu anlar - təyyarə alovlandı - Yenilənib - FOTO

25 Noyabr 2024 07:02
Baxış: 5 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

07:02

Türkiyədə alovlanan Rusiyanın "Azimut" aviaşirkətinə məxsus "Superjet 100" təyyarəsinin pilotu baş verənlərə münasibət bildirib.

APA xəbər verir ki, Rusiyanın "Mash" nəşrinə açıqlama verən kapitan Andrey Pryadkin hər şeyin yaxşı olduğunu və heç kəsin xəsarət almadığını deyib. O aviaşirkətin hadisə ilə bağlı rəsmi açıqlama verəcəyini bildirib.

"Azimut" Hava Yolları yanğının təyyarənin şiddətli külək səbəbilə kobud eniş etməsindən sonra başladığını bildirib. Təyyarə komandiri sərnişinləri və ekipajı təxliyə şarları vasitəsilə təxliyə etmək qərarına gəlib.

--------------
2024.11.24


Antalya Hava Limanında mənfi hava şəraitində eniş edən Rus şirkətinə məxsus Sukhoi Superjet 100 tipli təyyarənin mühərrik hissəsində enişdən sonra yanğın baş verib.

Milli.Az xəbər verir ki, təyyarədə olan 79 sərnişin təxliyə edilib. Yanğına sürətlə müdaxilə edilərək söndürülüb və təyyarə dayanacaq mövqeyinə çəkilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarənin dayanacaq mövqeyinə çəkildiyi bildirilib. Hadisə zamanı eniş üçün gözləyən bəzi təyyarələrin havada dövrə vurduğu, mühərriki yanan təyyarə park mövqeyinə keçirildikdən sonra hava hərəkətinin normallaşdığı bildirilib.

Lalə Qüdrətova
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.