Ankarada törədilən terror aktında şəhid olan 5 TUSAŞ əməkdaşının kimliyi məlum olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxslər nəzarətçi-Cengiz Coşqun, baş mexaniki mühəndis-Zahidə Güclü, taksi sürücüsü-Murad Arslan, TUSAŞ əməkdaşı-Həsən Hüseyin Cambaz, TUSAŞ təhlükəsizlik müdiri-Atakan Şahin Ərdoğandır.
TAİ-yə hücum edən 2 terrorçunun hücumda 06 JMT 07 nömrəli taksiyə mindiyi müəyyən edilib. Hücum əvvəli Kahramankazan mahalında şəhid olan sürücü Murat Arslanı öldürüb cəsədini baqaja qoyublar. Daha sonra taksi ilə TAİ-yə gedən terrorçular uzun lüləli silahlarla giriş qapısındakı avtomobildən düşüb ,hücumu həyata keçiriblər.
Şəhid taksi sürücüsü Murat Arslanın atası Mahmut Arslan "Avtobus dayanacağından maşına miniblər. Oğlumu maşında güllələyib, baqaja qoyublar . Mən hələ də oğlumu görə bilməmişəm" sözlərini söyləyib.
Nərmin Mahmudova
Milli.Az