Türkiyə

Türkiyədə baş vermiş zəlzələdə 100-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB - VİDEO - FOTO

16 Oktyabr 2024 16:59
Baxış: 5 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

--------

16:59

Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.

Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda 5,9 bal gücündə baş verən zəlzələ ətraf bölgələrdədə də hiss olunub.
--------

13:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.

Milli.Az bildirir ki,  bu barədə Malatya valisi Səddar Yavuz jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.

--------

13:21

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.

Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.

A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.

---------

12:25

İlkin məlumata görə ölən yoxdur.

Malatyada məktəblərdə 1 günlük tədris dayandırıldı.

-------

12:05

Türkiyədə güclü zəlzələ olub.

Milli.Az xəbər verir ki, Malatyada 5.9 ballıq zəlzələ baş verib.

AFAD-ın yaydığı məlumatda qeyd olunur ki, zəlzələ Diyarbakır, Elazığ və Malatyada hiss olunub.

Zəlzələ Türkiyə vaxtı ilə 10:46-da baş verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.