Türkiyə

Azərbaycanlı iş adamı çayxanada GÜLLƏLƏNDİ

9 Oktyabr 2024 11:45
Baxış: 2 420
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə azərbaycanlı iş adamı çayxanada güllələnib.

Milli.Az lent.az-a istinadla bildirir ki, hadisə Bursa şəhərinin Gürsu qəsəbəsində baş verib. Naməlum şəxslər motosikletlə gələrək, çayxanada azərbaycanlı iş adamını ayağından güllələyiblər.

Zərəçəkən polisə müraciətində onların "Daltonlar" adlanan cinayət qruplaşmasının üzvləri olduğunu deyib. Belə ki, qruplaşmanın üzvü iş adamına yaxınlaşaraq, "Can Daltonun salamı var" deyib və atəş açaraq, onu ayağından yaralayıb. Buna səbəb isə iş adamının başqa bir biznesmenə borclu olmasıdır. Borcu bir müddət gecikdiyi üçün həmin biznesmen adı çəkilən qruplaşmadan azərbaycanlıya "xəbərdarlıq" edilməsini istəyib.

Polisin Bursa, İstanbul, Muğla və Hatayda keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisə ilə bağlı 10 nəfər saxlanılıb. Məlum olub ki, cinayətkar qruplaşma üzvləri azərbaycanlının yaşadığı əraziyə əvvəlcədən kəşfiyyat üçün gəliblər. Bunun üçün onlar həmin ərazidə yaşayan şəxslərin köməyindən istifadə ediblər.

Məlumata görə, saxlanılanlar arasında "Daltonlar" qruplaşmasının rəhbəri B.A. da var. Onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib və təcridxanaya göndəriliblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.