Türkiyə

Yoxa çıxan 2 uşaq anasından PİS XƏBƏR - Evin həyətində basdırılıbmış - FOTO

19 Sentyabr 2024 12:06
Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Konya şəhərində təxminən 4 aydır yoxa çıxan 2 uşaq anasından pis xəbər var.

Milli.Az titul.az-a istinadən xəbər verir ki, Çiğdem Eskidemirci (35 yaş) adlı qadın öldürülüb, cəsədinin evin həyətində basdırıldığı məlum olub. Cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Hadisənin üstü ərazidəki bütün kameralar izlənildikdən sonra üzə çıxıb. Mərhum 4 əfqan əsilli şəxslə kamerlara düşüb. Şəxsiyyətləri müəyyən edilən şübhəlilər saxlanıldıqdan sonra dindiriliblər. Məlum olub ki, bu şəxslər iki uşaq anasını bıçaqlayaraq öldürdükdən sonra cəsədini kimsəsiz bir evin bağçasında basdırıblar.

Faktla bağlı istintaq prosesi davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.