Türkiyə

Bu şəhərlə bağlı XƏBƏRDARLIQ: 6,5 bal gücündə zəlzələ...

26 İyun 2024 16:45
Baxış: 1 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bina Təftiş və Zəlzələ Mühəndisliyi Dərnəyinin Bursa Şöbəsinin (YDDMD) sədri Serkan İşıq Bursadakı 53 nəfərlik bir qrup ilə təxminən 8 aydır davam edən işlərindən danışıb.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, sədrin sözlərinə görə, Bursanı 7,7 bal gücündə zəlzələ gözləyir.  Bildirilib ki, hazırda istifadə edilən binalar 1950-ci ilə aid binalardır. Şəhərdə zəlzələ baş verərsə, mərkəzdən keçən yoldan başqa alternativ yoxdur: 

"Hər kəs İstanbuldan danışır, amma İstanbul özünü yeniləyir. Ancaq Bursada istənilən gəlir əldə olunmadığı üçün özəl sektor yeni qəsəbələrə üz tutur. Son seçkilərdən təxminən 3 ay keçib, amma heç kim şəhər infasturkturunun təkmilləşdiriməsindən danışmır. Bu, hər kəsi riskə atmaq deməkdir. Hər kəs bilməlidir ki, Bursa 6,5 ballıq zəlzələyə tab gətirə bilməz".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.