Türkiyə

Arı sancan kişi öldü - FOTO

11 İyun 2024 11:49
Baxış: 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Bursa şəhərinin İnegöl rayonunda 48 yaşlı Lokman Kaynar adlı kişi özünün yetişdirdiyi arıların sancması nəticəsində həyatını itirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bal istehsalçısı olan Lokman Kaynar arılara baxmaq üçün pətəklərin yanına gəlib. Bu zaman bir qrup bal arısı kişiyə hücum edərək onu sancıb.

Lokman Kaynar allergik şok keçirib və nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Ailəsi dərhal təcili yardım çağırıb. Nəfəsi dayanan kişi təcili xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.