Türkiyə

Türkiyədə dəhşətli tornado: Evlərin damı göyə uçdu - FOTOlar

13 May 2024 13:10
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Erzurum vilayətində tornado binaların dam örtüyünü uçurub, ağacları kökündən çıxarıb və elektrik dirəklərini aşırıb. Nəticədə ərazidə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarəedilməsi Agentliyi (AFAD) xəbər yayıb.

Qurumdan verilən məlumata görə xəsarət alan olmayıb.

"Söyütlü məhəlləsində yeddi ev, bir məktəb, üç istixana, üç nəqliyyat vasitəsi və bir sıra təsərrüfata ziyan dəyib. Pasinler mahalının Gölciğez və Kevənlik məhəllələrində də qasırğa baş verib. Xəsarət alan olmayıb, ancaq evlərə ciddi maddi ziyan dəyib", - deyə məlumatda vurğulanıb.

Yerli sakinlər sosial şəbəkələrdə tornadonun fəsadları ilə bağlı görüntülər yayıblar.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.