Türkiyə

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görüldü - FOTO

8 May 2024 18:57
Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir şəhərində keçirilən, Türk dünyasının ortaq dəyərlərini və mədəni əlaqələrini əks etdirən "Qızıl alma" Beynəlxalq Turan Film Festivalı başa çatıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Film Baş İdarəsi və Dövlət Arxivləri Baş İdarəsinin dəstəyi ilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Ege Universiteti tərəfindən ilk dəfə təşkil olunan festivalda Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı"nın icrası çərçivəsində iştirak edib.

Milli.Az xəbər verir ki, komitədən AZƏRTAC-a bildiriblər ki, festivalda Prezident İlham Əliyevin Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxladığı, bununla bağlı məsələlərin dövlət siyasətinin prioritetləri sırasında olduğu qeyd edilib. Məcburi köçkün həmvətənlərimizə qayğı, onların müraciətlərinə operativ baxılması və həll edilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində əsas istiqamətlərdən olduğu vurğulanıb.

Dövlət Komitəsinin Azərbaycanda məcburi köçkünlərin həyat və yaşayış şəraiti, işğaldan azad edilmiş ərazilər və həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri, doğma torpaqlara Böyük Qayıdış və türkdilli ölkələrin bu prosesə dəstəyi mövzusunda hazırladığı müxtəlif fotoşəkillər "Səssiz şahidlər: türk boylarına səyahət" adlı festivalın ilk günü təşkil edilən sərgidə nümayiş olunub.

Qarabağdan olan məcburi köçkünlər haqqında həqiqətlərin dünyaya çatdırılmasında fəal iştirakı əsas götürülərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov festivalın "İnsan haqlarına töhfə" mükafatına layiq görülüb. Müxtəlif nominasiyalarda mükafata layiq görülənlər arasında Türkiyə Prezidentinin baş müşavirləri Fecir Alptekin və Ahmet Canbaz, Türkiyə Dövlət Arxivləri başqanı Prof. Dr. Uğur Ünal, Milli Saraylar Başqanlığının müdiri Dr. Yasin Yıldız, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino idarəsinin rəisi Birol Geven və başqa yüksək vəzifəli şəxslər də vardır.

Qeyd edək ki, film festivalında iştirak üçün ümumilikdə 77 ölkədən 1055 müraciət daxil olub. Yekun mərhələdə Türkiyədən 158, Azərbaycandan 47, Qırğızıstandan 31, Qazaxıstandan 21, Özbəkistandan 15 və Türkmənistandan 10 film rəqabət aparıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.