Türkiyə

Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı açıqlandı

29 Aprel 2024 20:02
Baxış: 478
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin yanvar-mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 50 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 19 şirkət azdır.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə, qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalması ilə yanaşı, onların ümumi kapitalı da azalıb.

"Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 28,5 milyon türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 70,5 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-mart ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (42) qeydiyyata alınıb.

"İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 26,1 milyon türk lirəsi təşkil edib", - deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən ki, 2024-cü ilin yanvar-mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 26 ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.