Türkiyə

İmamoğlunun bu sözü İranda etiraz doğurdu

29 Aprel 2024 19:47
Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbul şəhərinin bələdiyyə başçısı Əkrəm İmamoğlunun HƏMAS-ın terror təşkilatı olduğu barədə çıxışı İranın sosial media platformalarında ona qarşı təbliğata yol açıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, kampaniya hökumətə bağlı platformalarda aparılır.

Bu günə kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Fələstinə xəyanət"də günahlandıran platforma indi də İmamoğlunu hədəf alıb.

Onlar İstanbul merinin "sionizmin dəstəkçisi" olduğunu, müsəlmanlara qarşı "soyqırım"a bəraət qazandırdığını iddia edirlər.

Qeyd edək ki, Əkrəm İmamoğlu CNN telekanalına müsahibəsində HƏMAS-ı terror təşkilatı kimi tanıdığını deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.