Türkiyə

Türkiyənin ABŞ-yə xalça ixracının həcmi açıqlanıb

16 Aprel 2024 19:03
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-yə xalça ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 28.6 faiz artaraq, 210 milyon dollara çatıb.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə ABŞ-yə 68,6 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 3 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına xalça məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 23,9 faiz artaraq, 746,6 milyon dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 247,3 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 5,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024) Türkiyə 2,9 milyard dollar məbləğində xalça məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.