Türkiyə

THY 10 ildən sonra Liviyaya uçuşlara başlayacaq

24 Mart 2024 18:10
Baxış: 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşlara başlayacaq.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Liviyanın baş naziri Əbdülhəmid Dibeybe sosial media hesabından açıqlama verib.

"Təxminən 10 illik fasilədən sonra Türk Hava Yolları (THY) gələn həftədən etibarən Liviyaya uçuşları bərpa edəcək" - deyə baş nazir qeyd edib.

Dibeybe, THY-nin Liviyaya uçuşlara başlamasının ölkəsindəki sabitliyin göstəricisi olduğuna diqqət çəkib.

O, bu addımın atılmasına verdiyi töhfəyə görə Mülki Aviasiya İdarəsinə və ölkəsinin bütün aidiyyatı qurumlarına təşəkkürünü bildirib.

THY-nin baş direktoru Bilal Ekşi qeyd edib ki, Liviyaya həftədə üç uçuş həyata keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.