Türkiyə

Antalya Diplomatiya Forumunun ikinci günü keçirilir

2 Mart 2024 13:15
Baxış: 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu davam edir.

Milli.Az report-a istinadən xəbər verir ki, tədbirin ikinci günü "Avrasiyada yeni əməkdaşlıq dinamikaları", "Enerji təhlükəsizliyində dəyişən paradiqmalar", "Terrorla mübarizədə yeni sınaqlar", "Aerokosmik diplomatiya: Yeni fürsətləri kəşf etmək", "Sahil: Təhlükəsizlik risklərindən qalıcı sülhə", "Avropa təhlükəsizlik memarlığının gələcəyi" kimi bir çox mövzu müzakirə olunacaq.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə "Yüksək mövqeli qadın, sülh və təhlükəsizlik" mövzusunda panel iclasları təşkil olunacaq.

Ölkəmizi tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdikləri nümayəndə heyətləri təmsil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.