Türkiyə

Türkiyədə imtahana Qənirə Paşayeva ilə bağlı sual salındı - FOTO

29 Fevral 2024 15:07
Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Təhsil Nazirliyi tərəfindən xaricdə təyinat alacaq müəllimlərin test imtahanı üçün mərhum millət vəkili Qənirə Paşayeva ilə bağlı sual tərtib olunub.

Milli.Az xəbər verir ki, bu barədə Qənirə Paşayevanın feysbuk hesabında məlumat verilib.

Sualda deyilir: "Türkiyədə çoxsaylı tədbirlərdə iştirak edən, Türk dünyası ilə bağlı çoxsaylı yazı və çıxışları olan Qənirə Paşayeva millət vəkili vəzifəsi ilə yanaşı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri olub. "Türkiyənin güclü olması Türk dünyasının güclü olmasıdır" fikrini müdafiə edənlərdən biri idi. 2023-cü ilin sentyabrında vəfat etməsi Türk dünyasında böyük kədərlə qarşılanıb.

Bu hissədə haqqında məlumat verilən Qənirə Paşayeva millət vəkili vəzifəsini hansı Türk dövlətində icra edib?"

Cavablar sırasında isə Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan variantları yer alıb.

Qeyd edək ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar ötən il sentyabrın 23-dən Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan 48 yaşlı deputat 5 gün sonra xəstəxanada vəfat etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.