Türkiyə

“Türk Eskobar” və dəstəsinə qarşı əməliyyat keçirildi - FOTOlar

20 Fevral 2024 14:50
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə ölkələrarası narkotik satışı və daşınması kimi əməllərdə şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin daxili işlər naziri Ali Yerlikaya əməliyyatlar zamanı 42 nəfərin saxlanıldığını açıqlayıb.

"Türk Eskobar" ləqəbli  Ürfi Çetinkayanın rəhbəri olduğu qruplaşmaya qarşı keçirilən əməliyyata "Kafes-44" adı verilib. Bildirilib ki, əməliyyat zamanı saxlanılanlar arasında ABŞ tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş şəxs də var.

Cinayətkar şəbəkənin Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda ələ keçirilmiş ümumilikdə 37 ton narkotikə cavabdeh olduğu qeyd edilib. Onların narkotiklərin daşınmasında gəmi, kater və yük avtomobillərindən gizli yollarla istifadə etmələri üzə çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.