Türkiyə

İstanbulda məhkəmə binasındakı silahlı hücuma görə 34 nəfər saxlanıldı

6 Fevral 2024 18:58
Baxış: 674
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İstanbulda məhkəmə binasına silahlı hücum nəticəsində yaralananların vəziyyəti stabildir, onların müalicəsi xəstəxanada davam edir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin ədliyyə naziri Yılmaz Tunc bildirib.

O, həmçinin terror aktı ilə bağlı cinayət işinin başlandığını, hazırda iş üzrə 34 nəfərin saxlanıldığını da vurğulayıb.

Qeyd edək ki, bu gün İstanbulda məhkəmə binasında silahlı insident olub. Məhkəmə binası qarşısında polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 5 polis yaralanıb. Yaralanan polislərdən biri xəstəxanada həyatını itirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.