Türkiyə

Türkiyənin milli döyüş təyyarəsi KAAN-la bağlı vacib xəbər

10 Yanvar 2024 20:09
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla hazırlanan milli döyüş yəyyarəsi KAAN, bu ay ilk uçuşunu həyata keçirəcək.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, bu barədə TUSAŞ-ın baş direktor Temel Kotil məlumat verib.

"Bu günə qədər KAAN-ın oturacaq testləri, tam uzunluqlu statik sınaqlar, idarəetmə səthlərinin ətalət və statik sınaqları, eniş mexanizmlərinin düşmə testləri, sistem inteqrasiyası laboratoriyasında avionik sistem sınaqları, yanacaq sınaqları və mühərrikin işə salınması sınaqları həyata keçirilib",- deyə o qeyd edib.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.