Türkiyə

Türkiyənin hazır geyim ixracı 9,2 faiz azaldı

8 Yanvar 2024 14:41
Baxış: 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır" - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 19,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.