Türkiyə

Həkimlər qızın bağırsağında elə şey unutdular ki... - 29 yaşında öldü - FOTO

20 Dekabr 2023 22:03
Baxış: 1 362
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

5 il əvvəl İstanbulda özəl xəstəxanalardan birində kolit əməliyyatı keçirən 29 yaşlı Elif Kesginin həyatı əməliyyatdan sonra kabusa çevrilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağrıları səngiməyən gənc qadını hər dəfə "ağrıların psixolojidir" deyərək evə göndəriblər.

Ağrıları təkrarlanan Kesgin dövlət xəstəxanasına gedəndə iynə ucunun bağırsağında unudulduğunu öyrənib.

İyun ayında təcili əməliyyat olunan Kesgin dünyasını dəyişib. Daha sonra onun ailəsi özəl xəstəxana və həkimlərə qarşı prokurorluğa cinayət işi qaldırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.