Türkiyə

Qış mövsümündə alça ağacı bar verdi - FOTOlar

20 Dekabr 2023 18:54
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Ordu vilayətinin Ünye rayonunda alça ağacı "yalançı bahar"a "aldanıb" və çiçək açaraq bar verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, buna şahid olan bölgə sakinləri təəccüblərini gizlədə bilməyiblər.

Ordu vilayətində havanın temperaturu mövsüm normalarından yüksək olduğu üçün "yalançı bahar" adlandırılan isti və günəşli hava səbəbindən alça ağacı bar verib. Sakinlər daha əvvəl qışda belə hadisə ilə rastlaşmadıqlarını bildiriblər.

"Yaz aylarında havaların vaxtından tez isinməsi səbəbindən mart ayında ağacların alça verdiyini görmüşdüm, amma dekabrda görməmişdim. Bu mövsümdə ağacda alça görmək bizi təəccübləndirdi. İndiyə qədər hələki qar yağmayıb, havanın temperaturu mövsümi normadan yüksək olaraq qalıb. Düşünürəm ki, ağac buna görə bar verib", - deyə sakinlərdən biri qeyd edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.