Ermənistanın baş naziri Nikol Paşinyan, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməsini dəstəkləyir.
Milli.Az TurkicWorld-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"İnkişaf Yolu ilə bağlı layihələri yaxından izləyirik və bunun bütün mərhələlərini həyata keçirəcəyik. Ermənistan ərazisindən də keçməsini planlaşdırdığımız Zəngəzur dəhlizi haqqında "burdan keçə bilməz" deyən Paşinyan, bu gün bu dəhlizin Ermənistan ərazisindən də keçməsini istəyir",- deyə Uraloğlu bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun