Türkiyə

Türkiyədə avtobus yük maşınına çırpılıb, ölən və yaralananlar var

18 Dekabr 2023 07:33
Baxış: 3 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Şimali Marmara avtomobil yolunda Ədirnə istiqamətində hərəkətdə olan sərnişin avtobusu və yük avtomobilin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İlkin məlumata görə, olay sonucunda avtobusdakı sürücü yardımçısı ölüb, 31 nəfər isə yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

"Qəzada sıxışıb qalanlar oldu. Qəza əsnasında ayağı, boynu qırılanlar oldu", - sərnişinlərdən biri bildirib.

Qəza səbəbindən sözügedən istiqamətdə tıxac əmələ gəlib. Xilasedicilər yolda qəza törətmiş nəqliyyat vasitələrini aradan qaldırmağa çalışırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.